(+994 12) 451-16-95

info@bmz.az

Ana Səhifə Xəbərlər Bizimlə Əlaqə

“Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu” ASC personalın sertifikatlaşdırılması üzrə Təlim Mərkəzi

Təlim Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il, 15 oktyabr tarixli 218s saylı sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Hökuməti ilə Yaponiyanın Xarici Ticarətin İnkişafı üzrə Təşkilatı arasında 26 sentyabr 2003-cü ildə imzalanmış, Azərbaycan Respublikasında neft maşınqyırması sənayesinin inkişafına yönəldilən Model Layihəsi üzrə Anlaşma Memarandumu əsasında 03 avqust 2004-cü ildə “Azneftkimyamaş” ASC-nin tərkibində yaradılmışdır.

Təlim Mərkəzi Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17024-2014 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur (sonuncu akkreditasiya: №  AZ 04.0674.01.22, 20 may 2022 il). 

Təlimin əsas məqsədi sertifikatlaşmaya namizədlərin hazırliq səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması, peşə ixtisasına uyğun müxtəlif iş və əməliyyatların yerinə yetirilməsi bacarığının daha da zənginləşdirilməsidir. 

Təlim Mərkəzi artıq 20 ildir ki, müxtəlif peşə ixtisasları üzrə təlimlər və heyətin sertifikarlaşdırılmasını həyata keçirir. Bu müddət ərzində yüzlərlə müəssisə və minlərlə fərd təlim xidmətlərimizdən faydalanmışdır.

Heyətin sertifikatlaşdırilması orqanı yüksək ixtisaslı mütəxəssislər tərəfindən İSO 9001:2015 keyfiyyət idarəetmə sistemi ilə idarə olunur.

Bizimlə əlaqə